Maşında uşaq dünyaya gətirən qadın doğuşdan 12 gün sonra dünyasını dəyişib.
Xezerxeber.az xəbər verir ki, Cəlilabad rayon Soyuqbulaq kənd sakini 26 yaşlı Nahidə Abbasova doğuş vaxtı olduğu üçün Rayon xəstəxanasına aparılıb. Valideynlərinin iddiasına görə, həkimlər qadının doğuş vaxtı olmadığını bildirərək geri qaytarıblar.
Bu hadisə mart ayının 8 də baş verib. O gündən xəstəxanaya yerləşdirilən Nahidə Abasova ötən gün dünyasını dəyişib.
TƏBİB-dən bildirilib ki, 26 yaşlı qadın evdə doğuş etdikdən sonra Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Doğum və ginekologiya şöbəsinə yerləşdirilib. Uşaqlıq yolunun müayinəsində 2 ədəd kapsullaşmış kista aşkar edilib. Doğuş yollarında patologiya aşkar edilməyib.
Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.