Xəzər Xəbər

Novruz bayramı günlərində Azərbaycana gələn turistlərin təəssüratları VİDEO

Veb TV | 21:35 • 21 Mart 2025
Novruz bayramı günlərində Azərbaycana gələn turistlərin təəssüratları

Azərbaycanda Novruz Bayramı coşğu ilə qeyd edilir.

Xezerxeber.az-ın xəbərinə görə, paytaxt sakinləri də yazın gəlişini təcəssüm etdirən bu bayramı yüksək əhval ruhiyyədə qeyd etdiklərini bildiriblər.

Bu bayram təbiətin oyanışı ilə paralel olaraq, xalqın qədim adət-ənənələrini, dəyərlərini və ruhunu əks etdirir.

Turistlər də Novruzun baharın gəlişini simvolizə edən bayram olduğunu deyirlər..

Onlar həm də bu bayramı rəngarəng və əyləncəli olduğu üçün çox bəyəndiklərini bildirirlər.

Folklorşünaslar bildirirlər ki, Novruz yalnız bir əyləncə deyil, həm də ailəvi birlik və həmrəylik hisslərini gücləndirən, xalqın ənənəvi dəyərlərini yaşadan əhəmiyyətli bir bayramdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Zelenski Donetskdə olub
19:14 • 22 Mart 2025