Xəzər Xəbər

Bayram günlərində bazarlarda ticarət zəiflədi VİDEO

Veb TV | 21:25 • 21 Mart 2025
Bayram günlərində bazarlarda ticarət zəiflədi

Bazarlarda durğunluq yaşanır.

Xezerxeber.az-ın xəbərinə görə, satıcılar deyirlər ki, bayram günü olsa da, alver edən yoxdur. Lakin alıcı olmasa da, tərəvəzlərin qiymətlərində enmə müşahidə edilmir.

Bəzi satıcılar isə bildirirlər ki, bayram günləri ilə əlaqədar məhsulu çox gətiriblər. Alıcı olmadığından da indi hamısı piştaxtalarda və anbarda qalıb.

Onu da əlavə etdilər ki, meyvə-tərəvəz əsasən bölgələrdən gətirilir. Hazırda bazarda xarici məhsul çox deyil.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Zelenski Donetskdə olub
19:14 • 22 Mart 2025