Xəzər Xəbər

Tovuzda evdə günlərdir tək qalan körpənin anası DANIŞDI VİDEO

Veb TV | 21:12 • 21 Mart 2025
Tovuzda evdə günlərdir tək qalan körpənin anası DANIŞDI

Evdə günlərdir tək qalan körpə xəstəxanaya  yerləşdirilib.

Xezerxeber.az xəbər verir ki, qan donduran  hadisə Tovuz rayonunda qeydə alınıb.

Məlumata görə, kirəyişinin körpəsini, ev sahibi  qadın aşkarlayıb. Rayon polis şöbəsinin əməkdaşlarına bu barədə məlumat verib.

Xəstəxanaya çatdırılan körpəyə lazımı tibbi yardımlar göstərilib. Hazırda körpənin müayinə və müalicəsi davam etdirilir.

Məlumata görə, körpənin anası  39 yaşlı Aygün Qədimova  Göygöl rayonundandır və Tovuz rayonunda  çay evlərinin birində   işləyir və burada da kirayədə yaşayır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Tovuz Rayon İcra Hakimiyyəti və rayon polis şöbəsi ilə birlikdə dərhal araşdırma aparılıb. Körpənin həyat və sağlamlığı, təhlükəsizliyi üçün tədbirlərə başlanılıb. Məlumata görə, körpə anaya qaytarılmayıb.

Tovuz Xəstəxanasında olan azyaşlı bu gün Bakıya gətirilərək dövlət uşaq müəssisəsinə yerləşdiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Zelenski Donetskdə olub
19:14 • 22 Mart 2025