Xəzər Xəbər

Hansı halda qəza törədən sürücünün sığorta tarixçəsi təmizlənir? VİDEO

Veb TV | 20:50 • 20 Mart 2025
Hansı halda qəza törədən sürücünün sığorta tarixçəsi təmizlənir?

Bəzi hallarda avtomobili icbari sığorta etdirən zaman sığorta haqqı ötən il ilə müqaisədə daha yüksək çıxır. Bunun başlıca səbəbi tarixçədə qəza olmasıdır.

Xezerxeber.az-ın xəbərinə görə, sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlov deyir ki, hər qəza üçün növbəti il sığorta haqqı cari il ilə müqaisədə ortalama 20%, maksimum isə 3 dəfə artıq ola bilər.

Bəs maraqlıdır tarixçəsinə qəza qeyd edilən sürücülər neçə ildən sonra daha aşağı qiymətə sığorta haqqı ödəyə bilirlər. Ekspertin sözlərinə görə, belə sürücülərin sığorta haqlarına ildə maksimum 5% olmaqla güzəşt tətbiq edilir. Başqa sözlə, törətdiyiniz qəzaya görə, cari ildə 150 manat sığorta haqqı ödəmisizsə, növbəti ildə bu rəqəm cəmi 5% aşağı düşəcək.

Vüsal Bədəlov bildirir ki, avtomobil satan şəxslər bu məsələdə xüsusilə diqqətli olmalıdırlar. O tövsiyə edir ki, alqı-satqı prosesində sığorta da alan adamın adına rəsmiləşsə, yaxşı olar.

Onu da qeyd edək ki, əgər avtomobil satılan zaman sığorta müqaviləsinə xitam verilərsə, qalıq günlərin ödənişi avtomobilin əvvəlki sahibinə qayıtmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti