Xəzər Xəbər

Qızılın qiymətində növbəti artım VİDEO

Veb TV | 21:45 • 20 Mart 2025
Qızılın qiymətində növbəti artım

Türk qızılının qramı 130, italyan qızılının qramı 180 manat...

Xezerxeber.az xəbər verir ki, paytaxtın qızıl bazarında qiymətlər artıb. İki ay əvvəllə müqayisədə türk qızılının qramı 20, italyan qızılının isə 25 -30 manat artıb.

Bayram günü olduğundan qızıl bazarında canlanma var idi. Kimisi piştaxtalara baxıb keçir, kimisi isə hədiyyəlik zinət əşyası alırdı.

Satıcılar da qiymətlərin əhəmiyyətli dərəcədə artığını deyirlər.

Onlar deyir ki, qızılın qiymətindəki artımın davam edəcəyi gözlənilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti