Xəzər Xəbər

Bayram günlərində rayonlara avtobus reysləri necə təşkil olunub? VİDEO

Veb TV | 21:05 • 20 Mart 2025
Bayram günlərində rayonlara avtobus reysləri necə təşkil olunub?

Novruz Bayrami ilə əlaqədar rayonlara üz tutanların sayı artıb. Əhalinin ən çox üz tutduğu bölgə isə Qazax-Tərtər istiqamətidir. Sərnişinlərin sayı artsa da, biletlərin alınmasında heçbir çətinlik yaşanmayıb.

Xezerxeber.az-ın xəbərinə görə, bölgələrə üz tutanlar deyirlər ki, biletləri əsasən onlayn formada almaq onlar üçün daha sərəflidir.

Tələbatı qarşılamaq üçün reyslər də təyin edilib.

Qeyd edilib ki, bir sıra rayonlara müntəzəm avtobus reysləri mövcud deyil. Çoxsaylı sərnişin müraciəti nəzərə alınaraq Tovuz, Ağstafa, Şəmkir, Yevlax, Ucar, Zərdab və Saatlı rayonları, eləcə də Yevlaxın Xaldan kəndi və Goranboyun Goran qəsəbəsi aralıq məntəqələr kimi müəyyən edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti