Xəzər Xəbər

Xırdalanda avtobus sürücüsü niyə döyülüb? VİDEO

Veb TV | 21:00 • 20 Mart 2025
Xırdalanda avtobus sürücüsü niyə döyülüb?

Avtobus sürücüsünü döyən bir nəfər saxlanıldı, digər səxslər isə axtarılır.

Xezerxeber.az xəbər verir ki, hadisə Abşeron rayonun Xırdalan şəhərində qeydə alınıb.

Bildirilib ki, hadisədən əvvəl naməlum şəxslərin olduğu minik avtomobilinin sürücüsü avtobus sürücüsü Aqil Həmidovla yol üstündə mübahisə edib. Daha sonra onlar avtobus sürücüsünü təqib ediblər və birgə onun yerini öyrənərək hücum ediblər. Baş vermiş hadisə anbaan olaraq ərazidəki kameralara düşüb.

DİN-in Mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov "Xəzər Xəbər"ə bildirib ki, fakta görə cinayət işi başlanılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti