Sürücü avtobusu yolun hərəkət hissəsində yox səki ilə sürür. Görüntülər Gəncə prospektində qeydə alınıb. Yol hərəkəti qaydasını pozaraq özünü, sərnişinləri və digər nəqliyyat vasitələrini təhlükə altına alan "Əhmədli" metrosu və Zığ qəsəbəsi üzrə hərəkət edən 183 saylı avtobusun sürücüsüdür.
Məsələ ilə bağlı 183 saylı marşrut xətti üzrə daşıyıcı şirkət "Bus Trans" MMC-nin direktoru Qalib Salahov “Xəzər Xəbər”ə bildirib ki, buna səbəb hansısa nəqliyyat vasitəsinin anidən avtobusun qarşısına çıxması olub.
Daşıyıcı şirkət tərəfindən ictimai nəqliyyat vasitəsinin əyləcinin xarab olması iddialarının həqiqiəti əks etdirmədiyi bildirildi. Qeyd edildi ki, avtobuslar hərgün texniki yoxlamadan keçir.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki daşıyıcı şirkət quruma çağırılıb. Hadisənin təfərrüatı dinlənilib.
Faktla ilə bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.