Xəzər Xəbər

Azərbaycanın 2025-2028-ci illər üçün süni intellekt strategiyasında mühüm istiqamətlər VİDEO

Veb TV | 22:00 • 19 Mart 2025
Azərbaycanın 2025-2028-ci illər üçün süni intellekt strategiyasında mühüm istiqamətlər

2025-2028-ci illər üçün süni intellekt Strategiyası təsdiqlənib.

Bununla bağlı ölkə başçısı sərəncam imzalayıb.

İqtisadi İslahatların Təhlili  və kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ayaz Müseyibov deyir ki, Süni intelekt texnologiyaları getdikcə inkişaf etməkdədir. Son illər isə  inkişaf etmiş ölkələr mərhələli şəkildə özlərinin süni intelekt strategiyalarını hazırlayırlar. Azərbaycanın təsdiq edilən  süni intelekt strategiyasında da bir sıra mühüm istiqamətlər öz əksini tapıb.

Startegiyada kadrların hazırlanması, vətəndaşların bu istiqamətdə maarifləndirilməsi eyni zamanda süni intellektdən daha təhlükəsiz şəkildə  istifadənin təşviq edilməsi ilə bağlı geniş tədbirlər müəyyənləşdirilib.

Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti