Xəzər Xəbər

Bakıda üç nəfərin evdə yanaraq ölməsi ilə bağlı TƏFƏRRÜATLAR VİDEO

Veb TV | 21:30 • 19 Mart 2025
Bakıda üç nəfərin evdə yanaraq ölməsi ilə bağlı TƏFƏRRÜATLAR

Ötən gün Bakıda biri azyaşlı uşaq olmaqla üç nəfərin evdə yanaraq ölməsi ilə bağlı xəbər vermişdik.

Dəhşətli hadisə zamanı ana, qızı və nəvəsi yanaraq ölüblər.

Hadisədən geriya qalan isə bu görüntülərdir. Faciəvi hadisə  ötən gün paytaxtın Sabunçu rayonu Kürdəxanı qəsəbəsində baş verib. Yanğınsöndürənlərə məlumat daxil olub ki, evlərdən birində güclü yanğın baş verib. Dərhal hadisə yerinə xilasedicilər və yanğınsöndürən avtomobillər cəlb edilib.

Qonşular deyirlər ki, ev sahibi Sevil Səlimova iki qızı və iki nəvəsi ilə illərdir həmin evdə yaşayırmış. Hadisə zamanı qızının biri işdə, yataq xəstəsi olan 45 yaşlı Nailə isə evdə olub. Hadisədə ölən 12 yaşlı Hüseyn işdə olan qızının övladıdır.

Hadisə nəticəsində ümumi sahəsi 80 kv/m² olan, birmərtəbəli 3 otaqlı ev tamamilə yanıb.

Faktla bağlı araşdırmalar aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti