Xəzər Xəbər

Sabunçuda ailə faciəsi - GÖRÜNTÜLƏR və AÇIQLAMA VİDEO

Veb TV | 17:49 • 19 Mart 2025
Sabunçuda ailə faciəsi - GÖRÜNTÜLƏR və AÇIQLAMA

Məlumat verdiyimiz kimi, Bakı şəhərinin Sabunçu rayonu, Kürdəxanı qəsəbə sakini 75 yaşlı Sevil Ağaəli qızı Səlimovanın evində güclü yanğın baş verib. 

Xezerxeber.az-ın məlumatına görə, ümumi sahəsi 85 kv/m olan evin 65 kv/m hissəsi yanıb. Yanğın söndürüldükdən sonra S.Səlimovanın 45 yaşlı qızı Nailənin və nəvəsi 12 yaşlı Hüseynin yanmış meyitləri tapılıb. Hadisə ilə bağlı təfərrüatları qonşular “Xəzər Xəbər”ə danışıblar.  

Xezerxeber.az hadisənin baş verdiyi evin görüntülərini və qonşuların açıqlamasını təqdim edir. 

Mövzu ilə bağlı daha ətraflı videomaterial “Xəzər Xəbər”in 21:00 buraxılışında təqdim olunacaq.

Xəbər lenti