Bakıda parklanma nişanları olan yer ətrafda yaşayan sakinlər və kənar avtomobil sahibləri tərəfindən süni şəkildə məhdudlaşdırılıb.
Xezerxeber.az-ın məlumatına görə, söhbət paytaxtın Yasamal rayonu, Mirzəağa Əliyev küçəsindən gedir.
Mirzəağa Əliyev küçəsinin sakinləri isə deyirlər ki, onları bu addımı atmağa vadar edən kənar avtomobil sahibləridir. Parklanma nişanlarında isə qeyd olunub ki, tarif müəyyən edilənədək parklanma ödənişsizdir.
AYNA-dan “Xəzər Xəbər”ə bildirildi ki, küçə parklanma yerlərinin, eləcə də yolun hərkət hissəsinin kustar usullarla məhdudlaşdırılması inzibati məsuliyyət yaradan haldır. Mütəmadi olaraq bu cür qanunazidd əməllərin qarşısının alınması məqsədilə nəzarət tədbirləri görülür.
Qeyd edək ki, “Xəzər Xəbər”in çəkilişindən sonra həmin ünvanda qanunsuzluq aradan qaldırılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.