Xəzər Xəbər

Balaxanı-Zabrat yolunda çuxurlar yaranıb VİDEO

Veb TV | 20:57 • 18 Mart 2025
Balaxanı-Zabrat yolunda çuxurlar yaranıb

Balaxanı-Zabrat yolunun kəsişməsində yaranmış çuxurlar hərəkətin intensiv olduğu yolda hər an qəza riski yaradır.

Yaranan iri çuxurlar bir müddətdir əsas yolda nəqliyyatın hərəkətinə çətinlik yaradır.

Xezerxeber.az-ın məlumatına görə, sürücülər deyirlər ki, həmin yolda bir müddət əvvəl işıqfor quraşdırılarkən yol qazılıb, daha sonra üstü bağlanılmayıb.

Yağıntılardan sonra isə asfalt örütüyü tamamilə dağılıb və çuxurlar əmələ gəlib.

Sürücülərin sözlərinə görə, yolun bu vəziyyəti xüsusilə axşam saatlarında uzun tıxacın yaranmasına səbəb olur.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “Xəzər Xəbər”ə bildirildi ki, Balaxanı-Zabrat yolunda yaranan vəziyyətdən xəbərdardırlar. 

O da deyildi ki, Novruz və Ramazan tətili günlərində problem yaranan digər yollarda da nəqliyyat intensivliyinin azalması ilə təmir işlərinin aparılması nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti