115 yaşlı bina qəzalı vəziyyətdədir.
Xezerxeber.az xəbər verir ki, iki mərtəbəli bina külək əsəndə az qala tərpənir. Görüntülər Sabunçu rayonu şəhər şossesi küçəsi, döngə 5, ev 6 ünvanındandır.
Sabunçu rayon İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə təsdiqlədilər ki, 2 mərtəbəli, 17 mənzilli yaşayış binası uzun müddət istismar olunduğundan yaşayış üçün tam yararsız vəziyyətə düşüb. Lakin binanın qəzalı vəziyyətdə olması haqqında Fövqəladə Hallar Nazirliyinin müvafiq aktı yoxdur.
Buna baxmayaraq Rayon İcra Hakimiyyəti tərəfindən sözügedən binanın texniki göstəriciləri barədə məlumatlar aidiyyəti üzrə təqdim olunub. Aidiyyəti qurumların qəbul edəcəyi qərar icra olunacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.