Xəzər Xəbər

Qəbələdə torpağı sakinlərə satan şəxs sonra yolu bağladı - DETALLAR VİDEO

Veb TV | 21:45 • 17 Mart 2025
Qəbələdə torpağı sakinlərə satan şəxs sonra yolu bağladı - DETALLAR

Əvvəlcə torpağı satdı sonra isə yolunu bağladı...

Xezerxeber.az xəbər verir ki, belə bir iddia ilə Qəbələnin Vəndam qəsəbəsinin sakinləri çıxış ediblər. Belə ki, Yolun tən ortasında armatur dirəklər basdırılıb, torla qonşuların istifadə etdiyi yol  bağlanıb.

Həmin məhlədə yaşayan sakinlər bildirir ki, yol zəbt edilib. Onların giriş-çıxışı məhdudlaşıb.

Sakinlərin sözlərinə görə, 8 nəfər torpağı Rəşad Abbəkirov adlı şəxsdən alıblar. Sonradan öz adlarına sənədləşdiriblər. Onlara verilən yoldan da istifadə ediblər. İndi Rəşad onların yolunu bağlayıb.

Rəşad Abbəkirovla da əlaqə saxladıq. Bildirdi ki, sakinlərin yol dedikləri yer onun sənədli mülküdür.

Vəndam qəsəbə Bələdiyyəsinin sədri Asif Həşimov "Xəzər Xəbər"ə bildirdi ki,məsələni onlar da araşdırıb. Hazırda bağlanan  yol bələdiyyənin deyil, şəxsi mülkiyyətdir.

“Yolu bağlanan qonşular məhkəməyə müraciət etməlidir. Məhkəmə qərarı ilə yol ərazisi kimi bələdiyyənin balansına verilsə onda yolu heç kəs bağlaya bilməz”, -deyə Asif Həşimov bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti