Abşeron rayonu, Məhəmmədi qəsəbəsində daşınmaz əmlak bahalaşıb.
Xezerxeber.az-ın məlumatına görə, qiymətdə müşahidə olunan artıma Böyükşor-Pirşağı avtomobil yolunun qəsəbənin kənarından keçməsi səbəb olub.
Əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, infrasturukturu yaxşı olan ərazilərə tələbat da yüksək olur. Bu isə qiymətin artması ilə nəticələnir.
Elnur Azadov bildirib ki, yeni yolun yaxınlığında olan Balaxanı, Zabrat, Digah ərazilərində də qiymət fərqi bəzi ərazilər üzrə müşahidə olunur. Lakin Məhəmmədi qəsəbəsində bu artım daha çoxdur.
Əmlak eksperti bildirib ki, “makler evləri” adlanan daşınmaz əmlak növünün Məhəmmədi ərazisində çoxalmasına da səbəb qiymətlərin artmasıdır. Çünki bu sahə ilə məşğul olanlar digər ərazilərə nisbətən daha çox xeyir götürə bilirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.