Bakının Xətai rayonu, Xudu Məmmədov küçəsi, 35 ünvanında yerləşən park məhv olmaq təhlükəsi ilə üz-üzədir.
Xezerxeber.az-ın məlumatına görə, sakinlər öz hesablarına ərazidə ağac əkib, yaşıllıq salıblar, amma indi həmin ağacları suvara bilmirlər.
Sakinlər deyirlər ki, demək olar, hər gün əraziyə yeni ağaclar əkirlər. Amma ağacları suvarmaq mümkün deyil. Çünki su xətti kəsilib. Parkın bütün təmizliyini isə küçədə yerləşən iaşə obyektlərinin işçiləri edir.
Sakinlər bildirirlər ki, aidiyyəti qurumlara müraciət etsələr də, problem həllini tapmayıb.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı ilə əlaqə saxladıq. Qurumdan ''Xəzər Xəbər''ə bildirildi ki, ictimai əhəmiyyətli ərazinin su ilə təmin olunması üçün abonentlər ilk olaraq yaşıllaşdırma təsərüffatı birliyinə müraciət etməlidirlər. Məhz bundan sonra məsələyə baxılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.