İri həcmli kanalizasisya borusu partlayıb, avtomobil yolu çöküb. Sakinlərin gediş gəliş yolu bağlanıb. Görüntülər Abşeron rayonundandır.
Xezerxeber.az-ın xəbərinə görə, Hacı Zeynalabdin küçəsində yaşayan sakinlər deyir ki, kanalizasiya borusundakı partlayış səsini eşidib evdən bayıra çıxıblar. Mövcud vəziyyətlə bağlı dərhal aidiyyatı üzrə məlumat veriblər.
Sakinlər onuda bildirdilər ki, iri həcmli kanalizasiya boruları sözü gedən ünvanda ciddi təhlükəyə çevrilib. İstisamara yararsız kanalizasiya xətti yaşayış evlərinin yaxınlığından keçir.
Abşeron Su Meliorasiya Sistemlərinin İstisamarı İdarəsindən bildirildi ki, hazırda sözügedən ünvana çoxsaylı texnika və canlı qüvvə cəlb edilib.
Qurum rəsmisi onuda əlavə etdi ki, qəza qısa vaxt ərzində tam aradan qaldırılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.