Xəzər Xəbər

Binəqədi rayonunda yeni tikilidə yaşaynlar 6 ildir çıxarış ala bilmirlər –ŞİKAYƏT VİDEO

Veb TV | 21:47 • 15 Mart 2025
Binəqədi rayonunda yeni tikilidə yaşaynlar 6 ildir çıxarış ala bilmirlər –ŞİKAYƏT

Eyni MTK tərəfindən inşa edilən binalardan birinin saxinləri çıxarış al bilir, digəri yox...

Xezerxeber.az xəbər verir ki, bura Binəqədi rayonu, Binəqədi şossesi 111 ünvanıdır. Sakinlər deyirlər ki, ''Azadlıq City'' kompleksinin ərazisindəki hər iki binanı ''İnam-İnşaat 555'' adlı mmc tikib. B blokundakı mənzillər çıxarışla hələ illər əvvəl təmin edilib. Ancaq onların mənzilləri üzərində mülkiyyəti hüququ tanınmır.

Sakinlərə ''İnam-İnşaat 555'' rəhbərliyi tərəfindən bildirilib ki, onların sənədlərində heç bir nöqsan yoxdur. Buna baxmayaraq, çıxarış ala bilmələri üçün aidiyəti qurum tərəfindən təsdiqedici sənəd verilmir.

Məsələ ilə bağlı əvvəlcə MTK-nın sədri  RasimHəsənovla əlaqə saxladıq. O bildirdi ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları binada yoxlama həyata keçirib və istismar aktı verilib. Bundan sonra sakinlərin mülkiyyət hüququnun tanınması üçün Dövlət Şəhərsalma və Arxitektura komitəsinə İstismara icazə almaq üçün müraciət ediblər və qanuni qaydada lazimi rüsumlar ödənilib. Ancaq komitə tərəfindən səbəb göstərilmədən hələ də təsdiqedici sənəd təqdim edilmir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə ''Xəzər Xəbər''ə bildirildi ki, tikintisinə icazə tələb olunan inşası başa çatmış tikinti obyektlərinin istismarına icazə verilməsi üzrə icraat zəruri sənədlər tam tərkibdə təqdim edildikdən sonra həyata keçirilir...Tikinti obyekti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda, tikinti obyekti müayinə edildikdən və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra istismarına icazə verilir. O da bildirildi ki, sözügedən ünvanda inşa edilən yaşayış binasının istismarına icazə icraatı çərçivəsində aidiyyəti üzrə müvafiq göstərişlər verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti