Xəzər Xəbər

Məcburi köçkün ailələri çıxılmaz vəziyyətdə VİDEO

Veb TV | 21:42 • 15 Mart 2025
Məcburi köçkün ailələri çıxılmaz vəziyyətdə

33 ildir yaşadıqları mənzillərdən heç bir xəbərdarlıq edilmədən çıxarıldıqlarını iddia edirlər.

Xezerxeber.az xəbər verir ki, görüntülər Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindəki Muxtar Fətəliyev küçəsindəndir. Adıçəkilən ünvandakı mənzillərdən birində yaşayan, orada müvəqqəti məskunlaşmış məcburi köçkün Ocaqovlar ailəsi əşyalarının çölə atıldığını deyirlər. Digər ailələr də onları da bu aqibətin gözlədiyini bildirirlər.

Mənzillərin əsl sahibləri ilə də görüşmək istədik.

Digər məcburi köçkün ailələri sözügedən mənzillərdə müvəqqəti olaraq məıskunlaşıqlarını və  doğma yurdlarına qayıdanadək yaşamağa yerlərinin olmadığını deyirlər.

Qaçqınların və Məcburi Köçkünləırin İşləri üzrə Dövlət Komitəsindən "Xəzər Xəbər"ə mövqe bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti