Xəzər Xəbər

Şəkidə 10 kəndin sakinlərinin istifadə etdikləri xəstəxanada iynə vurulması qadağan edilib VİDEO

Veb TV | 21:25 • 14 Mart 2025
Şəkidə 10 kəndin sakinlərinin istifadə etdikləri xəstəxanada iynə vurulması qadağan edilib

Şəkinin 10 kəndinin sakinlərinin uzun illər istifadə etdikləri xəstəxanada hazırda adi iynənin vurulması qadağan edilib. Bu isə sakinlərin narazılığına səbəb olub. Hazırda həmin xəstəxana Aşaği Göynük Ailə Sağlamliq Mərkəzinin bölməsi kimi fəaliyyət göstərir.

Xezerxeber.az-ın məlumatına görə, 2011-ci ildə inşa olunmuş Şəki rayonu Aşağı Göynük kənd xəstəxanası 2020-ci ilədək 10 kəndin təxminən 20 mindən çox əhalisinə xidmət edib. İcbari tibbi sığortaya keçidlə əlaqədar eyniadlı həkim məntəqəsi keçən ilin yanvar ayından Ailə Sağlamlıq Mərkəzi kimi fəaliyyətini davam etdirir.

Sakinlərin sözlərinə görə, burada adi iynənin belə vurulması qadağan edilib. Buna görə də çətinliklə üzləşirlər. 

TƏBİB-dən bildirildi ki, Aşağı Göynük kənd xəstəxanası 2020-ci ildən icbari tibbi sığortaya keçidlə əlaqədar olaraq həkim məntəqəsi kimi fəaliyyətini davam etdirib.

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" Publik Hüquqi Şəxsin əmri ilə təsdiqlənmiş struktur və ştat cədvəlinə əsasən ötən ildən Aşağı Göynük Ailə Sağlamlıq Mərkəzinin bölməsi adlandırılıb. Burada hazırda ilkin tibbi sanitariya yardımı xidmətləri zərfinə müvafiq olaraq 35 adda xidmət həyata keçirilir. Lakin iynələrin vurulması, həmçinin sistem köçürülməsi ilkin tibbi-sanitariya müəssisələrinin xidmət sahəsinə daxil olmadığından bu xidmətlər Aşağı Göynük Ailə Sağlamlıq Mərkəzində, o cümlədən digər ailə sağlamlıq mərkəzlərində həyata keçirilmir",-deyə qurumdan bildirildi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti