Xəzər Xəbər

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb YENİLƏNİB/VİDEO

Veb TV | 11:10 • 7 Mart 2025
Bakıda sərnişin avtobusu qəzaya uğrayıb

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA ) Neftçilər prospektində avtobusun qəzaya uğraması ilə bağlı açıqlama yayıb.

Xezerxeber.az-ın məlumata görə, AYNA-dan bildirilib ki, bu gün Neftçilər prospektində qəzaya uğrayan "Daewoo" markalı 10-TG-753 nömrəli avtobus “Fidan” MMC-yə məxsusdur. 
 "İlkin araşdırmalara görə, hadisənin avtobusun texniki nasazlığı səbəbindən baş verdiyi məlum olub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Sərnişindaşıma xidmətinin texniki tələblərinə cavab verməyən avtobusları istismar edən daşıyıcıdan izahat alınıb".

10:24

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

Xezerxeber.az xəbər verir ki, hadisə Səbail rayonu, Neftçilər prospektində baş verib.

Bakı Şəhər DYPİ-nin Təbliğat və ictimai işlər üzrə rəisi Toğrul Nəsirli  Xezerxeber.az-a bildirib ki, 10 HG-753 dövlət qeydiyyat nişanlı “Daewoo” markalı avtobus yol kənarında parklanma vəziyyətində olarkən anidən hərəkət edib və yolun kənarında maneəyə çırpılıb.
Faktla bağlı araşdırılma aparılır.

 

Xəbər lenti