Xəzər Xəbər

VİDEO: Dəmir yol poliklinikasında nə baş verir?

Veb TV | 20:03 • 17 Yanvar 2017
VİDEO: Dəmir yol poliklinikasında nə baş verir?

Bakıdakı 2 saylı dəmir yol poliklinikasının işçi heyətinə bildirilib ki, bu aydan etibarən onlara maaş verilməyəcək və özlərinə yeni iş yeri tapsınlar. Bu isə işçilərin narazılığına səbəb olub. Məsələyə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti də münasibət bildirib.

Poliklinikanın dövlət balansından çıxarılacağı və işçilərə bu aydan etibarən 2 ay maaş verilməyəcəyi barədə edilən xəbərdarlıq işçilərin narazılığına səbəb olub. 317 tibb işçisinin çalışdığı Binəqədi rayon Biləcəri qəsəbəsində yerləşən 2 saylı Dəmir yol poliklinikasının əməkdaşları işlərini itirmək təhlükəsi ilə qarşılaşıblar....

Xəstəxanın ödənişli əsaslarla xidmət göstərəcəyi barədə yayılan söz söhbətlər, passientlərində narahatlığına səbəb olub.

Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova "Xəzər Xəbər"ə açıqlama verərək bildirib ki, xəstəxananın bağlanmasından söhbət gedə bilməz. Maliyyə çətinlikləri olmasına baxmayaraq işçilər öz maaşlarını alacaqlar. Gələcəkdə isə ixtisarlar və struktur dəyişiklikləri ola bilər ki, bununda hansı formada olacağını hələlik dəqiq demək mümkün deyil.

 

Xəbər lenti