Xəzər Xəbər

32 yaşlı kişi gecə vaxtı transformatora nə məqsədlə girib? – Hadisənin DETALLARI VİDEO

Veb TV | 21:05 • 28 Yanvar 2025
32 yaşlı kişi gecə vaxtı transformatora nə məqsədlə girib? – Hadisənin DETALLARI

32 yaşlı kişi transformatorda yanaraq ölüb.

Xezerxeber.az xəbər verir ki, hadisə gecə saatlarında paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində baş verib. Polisə məlumat daxil olub ki, bir nəfər ''Günəşli'' nevroloji sanatoriyasının həyətində yerləşən transformatora girib...

Hadisə yerinə polis və xilasedicilər gəliblər. Məlum olub ki, transmarmatora girən şəxs Ramiz Romanoviç Yakunerdir. Dərhal təhlükəsizlik tədbirləri görülüb, ərazinin elektrik enerjisi dayandırılıb.

Məlumatlara görə, Ramiz Yakuner sərxoş halda transformatora daxil olub.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti