Ötən il ölkə üzrə qeydə alınan cinayətlər azalıb.
Xezerxeber.az-ın məlumatına görə, bunu geniş kollegiya iclasında baş prokuror Kamran Əliyev deyib.
Onun sözlərinə görə, 2024-cü il ərzində 2023-cü illə müqayisədə 3432 fakt az cinayət qeydə alınıb.
2024-cü ildə prokurorluq orqanları tərəfindən inzibati xəta haqqında işlər üzrə 3561 icraat başlanıb. Ötən il prokurorluq orqanları tərəfindən 75,3 milyon manatdan artıq məbləğdə ziyan ödətdirilib, 33,4 milyon manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyulub. Baş prokuror, həmçinin keçən il əvvəlki illərdən bağlı qalan 6 qəsdən adam öldürmə cinayətinin üstünün açıldığını bildirib.
O da bildirilib ki, keçən il 41 şəxs Ermənistan tərəfindən basdırılmış minaların qurbanı olub. Onlardan 5 nəfər həlak olub, 36 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.