Xəzər Xəbər

Bazarda araba sürən gənci belə aldatdılar - TƏFƏRRÜATLAR VİDEO

Veb TV | 21:25 • 24 Yanvar 2025
Bazarda araba sürən gənci belə aldatdılar - TƏFƏRRÜATLAR

Bazarda araba sürür, adına 4 şirkət var. Üstəlik 37 min manat da vergi borcu yaranıb.

Xezerxeber.az-ın xəbərinə görə, belə bir problemlə Qəbələ rayon sakini Səxavət Əhmədli üzləşib. Zərərçəkmiş deyir ki, 2 il əvvəl tanımadığı şəxs onu aldadıb adına 4 şirkət açıb. İndi də həmin şirkətlərin vergi borcu onun adına gəlir.

Səxavət Əhmədli deyir ki, həmin şəxsin nə adını bilir, nə dəki əlaqə nömrəsini. Həmin vaxtdan iki il sonra Dövlət Vergi Xidmətindən yaşadığı ünvana məktub gəlib ki, adına olan şirkətlərin vergi borcu yaranıb.

Zərərçəkmiş deyir ki, bununla bağlı 37-ci polis şöbəsinə də məlumat verib.

 Daxili İşlər Nazirliyindən ''Xəzər Xəbər''ə bildirildi ki, vətəndaşın şikayəti adidiyyəti üzrə yönləndirilib.

Dövlət Vergi Xidmətindən isə bildirildi ki, qanunvericiliyə əsasən, elektron imza yalnız öz sahibinə məxsusdur...Elektron imza sahibi onun qorunmasına cavabdehdir və digər şəxs tərəfindən istifadəsinə yol verməməlidir.

Vətəndaşlar verdikləri etibarnamə əsasında onların adına təsis olunan hüquqi şəxslərin yaranmasına, hüquqi nəticələrinə görə məsuliyyət daşıyırlar və qanunu bilməmək heç kimi məsuliyyətdən azad etmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti