Xəzər Xəbər

Bulvarda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib VİDEO

Veb TV | 15:43 • 24 Yanvar 2025
Bulvarda dənizdə batma təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda bulvar ərazisində bir nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

Xezerxeber.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal hadisə yerinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan vətəndaş dalğıclar tərəfindən xilas edilib.

Xəbər lenti