Xəzər Xəbər

Keşlə bazarında işləyən sahibkarlara yeni yer təklif olunub VİDEO

Veb TV | 22:28 • 9 Yanvar 2025
Keşlə bazarında işləyən sahibkarlara yeni yer təklif olunub

Gələn aydan “Keşlə bazarı” kimi tanınan ticarət mərkəzində söküntü işlərinə başlanılacaq.

Xezerxeber.az xəbər verir ki, bazardakı satıcılar bildiriblər ki, onlar üçün Dərnəgül qəsəbəsində yerləşən “Eurohome” tikinti malları bazarında yer ayrılıb.  

Onların sözlərinə görə, fevralın 1-nə qədər bazar boşaldılmalıdır. Söküntü işləri Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq metronun “Koroğlu” stansiyasına qədər yeni avtomobil yolunun tikintisi ilə əlaqədardır. Hazırda “Eurohome” ərazisində tikinti prosesi gedir.

Satıcıların bəziləri onlar üçün ayrılan yerdən razılıq etsələr də, sözügedən ünvanın uzaq olduğunu əsas gətirib alış-verişin yaxşı getməyəcəyini düşünənlər də var.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti