Son günlər ölkə ərazisində yayılan virusdan qorunmaq üçün ən effektiv üsul olaraq vaksinasiya göstərilir.
Bəs insanlar arasında qrip əleyhinə vaksinə maraq necədir, bu tədbir yayılan xəstəliyin qarşısını almaq baxımından nə dərəcədə təsirlidir?
Xezerxeber.az xəbər verir ki, Respublika Gigiyena və Epidemiologiya mərkəzinin direktor müavini Afaq Əliyevanın sözlərinə görə, ilk növbədə risk qrupuna daxil olan şəxslər, yəni tibbi işçiləri, xroniki ağciyər, ürək-damar xəstəlikləri olan insanlar peyvənləməyə cəlb olunur.
Afaq Əliyeva deyir ki, respirator infeksiyaların artdığı ərəfədə əhalinin peyvənd olunması çox vacibdir. Direktor müavini bildirir ki, ölkədə yayılan virusun simptomları digər ölkələrdə olan meta pnevmavirusa bənzəsə də, hələ ki Azərbaycanda aşkar olunmayıb. Ölkədə yayılan xəstəlik qrip viruslarıdır.
O, qeyd edir ki, Azərbaycanla bəzi qonşu ölkələrdə virusların yayılması aktualdır, hər bir halda proflaktik tədbirlər görülməli, gigiyenik rejimə riayət olunmalıdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.