Xəzər Xəbər

Universitetlərdə semestr imtahanları arasındakı müddət nə qədər olmalıdır? VİDEO

Veb TV | 14:15 • 9 Yanvar 2025
Universitetlərdə semestr imtahanları arasındakı müddət nə qədər olmalıdır?

40-dan çox ali məktəbdə qış semestri imtahanları məhz yanvar ayında keçirilir.

Xezerxeber.az xəbər verir ki, tələbələr isə fənlərin çətinliyi ilə yanaşı, imtahanlar arasındakı qısa müddətdən də şikayətçidirlər.

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyir ki, ölkəmizdə fəaliyyət göstərən 51 ali təhsil müəssisəsində 187 min tələbə təhsil alır. Əksəriyyəti isə 1 semestr ərzində keçirilən minimum 6-7 fəndən 1 ay ərində imtahan verir, bu isə olduqca yanlışdır.

Azərbaycan Dövlət İqtisad Universitetinin İmtahan mərkəzinin direktoru Tahir Bədəlov deyir ki, imtahanlar arasındakı müddət minimum 2 gün olur. Amma tələbələrin istəyi ilə vaxt uzadıla bilər.

Azərbaycan Memarlıq və İnşaat Universitetində də imtahanlar arasındakı müddət 2 gün olur.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən də verilən məlumatda imtahanlar arasındakı minimum zaman fərqinin 2 gün olduğu qeyd olunur.

Azərbaycan Dövlət Pedoqoji Universitetində təhsil alan tələbələr isə imtahanlarda 1 gün fərqlə iştirak edirlər.

Bir sözlə,əksər ali təhsil ocaqlarında imtahan aralığı minimum 1, maksimum  6 gün təşkil edir ki, bu da bir çox tələbə üçün yetərli zaman deyil.  Tələbələrin yaxşı nəticələr edə bilmələri üçün imtahanlar arası müddətin daha optimal şəkildə təyin edilməsi vacibdir. Təhsil müəssisələrinin bu məsələyə diqqət yetirməsi və tələbələrin sağlam və balanslı şəkildə imtahanlara hazırlaşması üçün şərait yaratması mütləqdir.

Təhsil məsələləri üzrə ekspert isə Kamran Əsədov problemin həllini belə görür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti