Xəzər Xəbər

“Danışdığı telefonu söndü, yenidən açdıqda kartından pulu oğurlandı” VİDEO

Veb TV | 21:25 • 8 Yanvar 2025
“Danışdığı telefonu söndü, yenidən açdıqda kartından pulu oğurlandı”

Bir nəfər şəxs telefonla danışdığı zaman mobil cihazı sönür. Qadın elə zənn edir ki, telefonun enerjisi tükənib. Yenidən telefonu açdıqda görür ki, bank kartından pulunu onlayn formada oğurlayıblar.

''Xəzər Xəbər''in votsap nömrəsinə müraciət edən paytaxt sakini Səadət Zahidova deyir ki, hadisə axşam saatlarında yaşadığı Xəzər rayonu Binə qəsəbəsində evində baş verib.

Səadət Zahidova deyir ki, üç dəfə 99 manat köçürülüb, bir dəfə 48 manat, bir dəfə də 300 manat pul müxtəlif kartlara köçürülüb. Amma sonradan kimin kartına 300 manat köçürülübsə, həmin şəxsin adı da  qeyd  olunub..

Məsələ ilə bağlı zərərçəkmiş banka da müraciət edib. Onlar bildiriblər ki, buna görə, bank məsuliyyət daşımır. Səadət Zahidova ərazi üzrə polis bölməsinə də yaxınlaşıb ərizə yazıb.

Bölmədən ''Xəzər Xəbər''ə bildirdi ki, fakt üzrə araşdırmalara aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti