Xəzər Xəbər

Eritreyada girov götürülən azərbaycanlılarla bağlı hansı addımlar atılır? VİDEO

Veb TV | 21:15 • 8 Yanvar 2025
Eritreyada girov götürülən azərbaycanlılarla bağlı hansı addımlar atılır?

"7 noyabr 2024-cü il tarixində "Caspian Marine Services" şirkətinin Azərbaycan bayrağı altında üzən 3 gəmisi Eritreya Dövlətinin ərazi sularına məcburi giriş edib. O gündən etibarən gəmilər girov götürülüb".

Dövlət Dəniz və Liman Agentliyindən verilən məlumata görə, sözügedən gəmilər Süveyş kanalı istiqamətindən Birləşmiş ərəb əmirliklərinin Abu-Dabi şəhərinə səfər edirmiş.

O da bildirilib ki, sözügedən gəmilərdə 18 Azərbaycan vətəndaşı və 6 əcnəbi olmaqla, ümumilikdə 24 nəfər var.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, məsələ nazirliyin nəzarətindədir və lazımı tədbirlər görülür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti