Qızıl qolbağın içərisindən qum tökülüb.
Xezerxeber.az-ın məlumatına görə, sosial şəbəkələrdə bununla bağlı yayılan görünütülər müzkirələrə səbəb olub.
Məlum olub ki, bu kimi hallarla qarşılaşanlar az deyil.
Hətta zərgərlər də bu kimi hallarla rastlaşdıqlarını deyirlər.
Onların sözlərinə görə, qızılın ağırlığı çox olsun deyə nəinki qum, hətta məhsula digər qatqılar da əlavə edirlər.
Satıcılar isə alıcılara aldıqları məhsulları yoxlatmağı məsləhət görürlər. Ümumiyyətlə, vətəndaşlara birinci əl malları almaları tövsiyə olunur.
Xatırladaq ki, 2019-cu ilə kimi bu bazara Əyar Palatası nəzarət edirdi. Palata qızıl məmulatlarını yoxlayır, keyfiyyəti standartlara cavab verən məhsulların üzərinə öz möhürünü vururdu. Əgər məmulatın üzərində Əyar Palatasının "rombvari" damğası var idisə, deməli, qızıl keyfiyyətli idi. Təxminən altı ilə yaxındır ki, Əyar Palatası ləğv edilib və əvəzində heç bir qurum yaradılmayıb. Nəticədə qızıl bazarı nəzarətsiz qalıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.