Xəzər Xəbər

"Union Logistika''nın vətəndaşlara külli miqdarda ziyan vurduğu iddia edilir VİDEO

Veb TV | 20:56 • 7 Yanvar 2025
"Union Logistika''nın vətəndaşlara külli miqdarda ziyan vurduğu iddia edilir

Bakıda bir logistika şirkətinin sahibkarlara külli miqdarda ziyan vurduğu iddia edilir.

Xezerxeber.az-ın məlumatına görə, müqaviləyə əsasən, məhsulu bir aya çatdırmalı olsalar da, 4 aydır ki, təhvil verilmir.

Bakıda bir qrup şəxs ''Xəzər Xəbər''ə müraciət edərək bildirib ki, Çindən aldıqları müxtəlif növ məhsulları logistika şirkətinə təhvil versələr də, onlar malı gətirmirlər.

Cavid Nəbiyev iddia edir ki, paytaxda olan həmin logistika şirkəti onları aldadır.

Onun sözlərinə görə, məhsulu onlara təhvil verməzdən əvvəl şirkətin rəhbəri Rövşən Mehdiyevlə aralarında rəsmi müqavilə də bağlanıb. Müqavilədə göstərilib ki, mallar 30 gün müddətinə onlara təhvil veriləcək. Digər şikayətçi - Ceyhun Sahilov da həmin şirkətlə paytaxta 9200 manatlıq reklam avadanlıqları gətirmək üçün müqavilə bağlayıb.

Vətəndaşlar deyirlər ki, dəfələrlə ''Union Logistika''nın rəhbəri onlara məhsulun çatdırılması vədini verib, amma sentyardan bu günə qədər bunu icra etmirlər. Sahibkarlar bununla bağlı Baş Prokurorluğa müraciət edəcəklərini bildiriblər.

Məsələ ilə bağlı sözügedən logistika şirkətinin ofisinə getdik. İş günü olsa da şirkətin qapısı bağlı idi. Ancaq ''Union Logistika'' nın əməkdaşı Anar Qafarlı ilə əlaqə saxladıq. O, telefonda şifahi olaraq bildirdi ki, məhsulların çatdırılmasında bəzi problemlər olub, amma bu ayın sonuna qədər təhvil veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti