Bakı şəhərində fəaliyyət göstərən dializ mərkəzlərində sıxlıq var. Regionlarda isə problem praktik olaraq həll olunub.
Bunu “Xəzər Xəbər”ə müsahibəsində Cavadzadə adına Uroloji Xəstəxananın direktoru Fariz Babayev deyib.
O bildirib ki, hazırda Azərbaycanda 753 hemodializ aparatı fəaliyyət göstərir. Bu 4500 xəstənin dializlə təmin olunmasına imkan verir. Ölkədə 4100 xəstə dövlət hesabına hemodializ seansı ilə təmin olunur. Bundan başqa, Azərbaycanda 54 hemodializ mərkəzi fəaliyyət göstərir.
Fariz Babayev xroniki böyrək çatışmazlığına qarşı Azərbaycana 3,7 milyonluq sərfiyyat malları gətirilməsi məsələsinə də aydınlıq gətirib.
O qeyd edib ki, seansların həftədə 3 dəfə 4 saatlıq keçirilməsi üçün filtrlər, istifadə olunan məhlullar, xəstələr üçün dərman maddələri dövlət tərəfindən təmin olunur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.