Son zamanlar məktəblərdə təhlükəsizlik məsələləri ciddi narahatlıq doğurur... Bəzi məktəblərdə yuxarı sinif şagirdlərinin dərsə bıçaqla gəldikləri deyilir...
Xezerxeber.az-ın xəbərinə görə, təhsil eksperti İlqar Orucov deyir ki, bu hallar son vaxtlar artmaqdadır və ciddi narahatlıq doğurur. Belə vəziyyətlərə təkcə orta məktəblərdə deyil, həm də ali təhsil müəssisələrində rast gəlinir.
Ekspert İlqar Orucovun sözlərinə görə, məktbələrdə təhlükəsizliyin artırılması üçün həm müəssisə rəhbərliyi, həm müəllimlər, həm də valideynlərin birgə çalışması vacibdir.
Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilir ki, ümumi təhsil müəssisələrində təlim-tərbiyə işinin düzgün təşkili, daxili nizam-intizam qaydalarına əməl olunmasına nəzarət və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə mütəmadi monitorinqlər keçirilir. Şagirdlərin davranış qaydalarına əməl etməsi izlənilir və məktəbə gətirilməsi qadağan olunan əşyalarla bağlı maarifləndirmə aparılır.
Qurumdan o da qeyd olunur ki, ümumi təhsil müəssisələrində sağlam-emosional mühitin, eyni zamanda təhlükəsizliyin təmin edilməsi məqsədilə digər aidiyyəti qurumlarla birlikdə tədbirlər planına uyğun olaraq mütəmadi maarifləndirici görüşlər həyata keçirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.