Xəzər Xəbər

Xəzərdə suyun səviyyəsi tarixi minimuma yaxınlaşır VİDEO

Veb TV | 20:07 • 6 Yanvar 2025
Xəzərdə suyun səviyyəsi tarixi minimuma yaxınlaşır

Xəzər dənizində suyun səviyyəsi tarixi minimuma yaxınlaşır. Prosesin davamlı olması fəsadları daha da artıra bilər.

Xezerxeber.az-ın məlumatına görə, 2007-ci ilədək dəniz səviyyəsində müəyyən azalmalarla yanaşı, artımlar da qeydə alınırdı. Ancaq 2007-ci ildən bu günədək suyun səviyyəsində ancaq azalmalar müşahidə olunur. Buna isə əsasən Xəzər dənizini qidalandıran Volqa çayının su rejimində olan dəyişikliklər öz təsirini göstərir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında ictimai şuranın sədri Amin Məmmədov deyir ki, Xəzər dənizinin su ehtiyyatlarının 80 faizi Volqa çayı hesabına formalaşır. Son illər bu mənbədən suyun böyük həcmdə götürülməsi nəticəsində dəniz suyunda davamlı azalmalar görülür. Digər səbəb isə iqlim təsirləridir.

Xəzəryanı ölkələrdə suyun çəkilməsi və dəniz dibinin üzdə qalması ilə yosun və digər bitkilərin hava ilə reaksiyası nəticəsində ətrafa pis qoxu da yayıla bilər. Bu mənzərə ötən yay Sumqayıt sahillərində  suyun 50-100 metr çəkilməsi nəticəsində müşahidə olunmuşdu.

Xatırladaq ki, 1977-ci ildə dənizin səviyyəsi XX əsrdə müşahidə olunmuş ən aşağı həddə, Baltik sistemi ilə -29 metrə qədər azalıb, sonradan dənizdə suyun səviyyəsi qısa tarixi dövr ərzində (1977-1995) 2,5 metr artaraq -26,5 metrə çatıb. 1995-ci ildən isə dənizin səviyyəsində yenidən azalma müşahidə olunmağa başlayıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti