Xəzər Xəbər

Prezident İlham Əliyev: Biz təyyarə qəzası ilə bağlı günahkarların cəzalandırılmasını tələb edirik VİDEO

Veb TV | 21:25 • 6 Yanvar 2025
Prezident İlham Əliyev: Biz təyyarə qəzası ilə bağlı günahkarların cəzalandırılmasını tələb edirik

“Əminliklə deyə bilərəm ki, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir”.

Xezerxeber.az-ın məlumatına görə, bu fikirləri Prezident İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan təyyarə bələdçiləri ilə görüşündə bildirib. Dövlət başçısı söyləyib ki, hadisə ilə bağlı Dövlət Komissiyası yaradılıb, eyni zamanda, cinayət işi açılıb.

Dövlət başçısı bildirib ki, baş vermiş qəzadan təqribən 10 gün əvvəl oxşar hadisə Qroznı şəhərinin yaxınlığında yaşanmışdı.

Dövlət başçısı ekipaj heyətinin qəhrəmanlığından danışıb. Bildirib ki, məhz pilotların peşəkarlığı, qəhrəmanlığı, fədakarlığı nəticəsində təyyarə Aktau şəhərində qəza enişi edə bilib. “Azərbaycan dövləti öz oğul və qızlarının qəhrəmanlığını həmişə layiqincə qiymətləndirib”,- deyə dövlət başçısı vurğulayıb.

Prezident İlham Əliyev bildirib ki, "qara qutu"ların açılması prosesi başlanılıb.

Dövlət başçısı "qara qutu"ların Braziliyaya göndərilməsindən də danışıb: “Biz ədalət, günahkarların cəzalandırılmasını, tam şəffaflıq və insani davranış tələb edirik”.

“Mən həlak olanların ailə üzvlərini, eləcə də ekipaj üzvlərini bu yüksək mükafatları şəxsən sizə təqdim etmək, sizə bir daha başsağlığı vermək və Azərbaycan dövlətinin hər zaman sizinlə olacağını bəyan etmək üçün dəvət etdim. Həyatın istənilən şəraitində sizin arxanızda güclü Azərbaycan dövlətinin dayandığını biləsiniz”,- deyə dövlət başçısı vurğulayıb.

Sonra təltifolunma mərasimi keçirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti