Xəzər Xəbər

Vatsapda yeni dələduzluq növü sürətlə yayılır VİDEO

Veb TV | 21:27 • 5 Yanvar 2025
Vatsapda yeni dələduzluq növü sürətlə yayılır

Kiberdələduzlar insanların vatsap hesablarını oğurlayır və yaxınlarına yazaraq pul istəyirlər.

Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı çoxlu məlumatlar yayılmaqdadır.

İKT üzrə mütəxəssislər deyirlər ki, hücumların əksəriyyəti xarici ölkələrin nömrələrindən gələn mesajlarla həyata keçirilir.

Bu cür hallarla qarşılaşmamaq üçün vatsapda bəzi təhlükəsizlik qaydalarına diqqət yetirmək lazımdır.

Mütəxəssislər xüsusi olaraq vurğulayırlar ki, "vatsap+" tətbiqini telefona endirib istifadə etmək olmaz. Çünki bu tətbiqdən istifadə kiberdələduzların hesabları daha rahat oğurlamasına gətirib çıxarır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti