Azərbaycanda süni balıq göllərinin sayı artıb.
Xezerxeber.az-ın məlumatına görə, Azərbaycan Balıqçılar İttifaqının rəhbəri Əfqan Əliyev deyib ki, suni balıq göllərinin sayının artmasının əsas səbəbi daxili su hövzələrində balıqların sayının kəskin azalmasıdır.
Təkcə Xəzər dənizində suyun səviyyəsinin enməsi nəticəsində 10 ildən çoxdur ki, balıqların sayı azalmağa doğru gedir. Bu isə yerli bazarda daxili tələbatı qarşılamaq üçün balıqçılıq təsərrüfatlarının artması ilə nəticələnir.
Əfqan Əliyevin sözlərinə görə, bu təsərrüfatla məşğul olan sahibkarlar əvvəllər ancaq kəmiyyət üçün çalışırdılar: “Lakin indi vətəndaşların "danba balığıdır" deyiminə görə təsərrüfat sahibləri daha keyfiyyətli balıq artırırlar”.
Əfqan Əliyev bildirib ki, qarşıdakı müddətdə təbii su hövzələrində də balıqların yenidən artımı gözlənilir. Təkcə ötən il Balıqçılar İttifaqı tərəfindən su hövəzələrinə 300 mindəm çox balıq buraxılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.