Azərbaycanda fərdi yaşayış evlərinin tikintisi azalıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, fərdi tikilən evlərin sayı ötən illərlə müqayisədə 14 faiz azalıb.
Xezerxeber.az-ın məlumatına görə, mövzu ilə bağlı danışan əmlak eksperti Mülkədar Rüstəmov hesab edir ki, bunun əsas səbəblərindən biri 2023-cü ildən qüvvəyə minən qaydalardır.
Ekspert deyir ki, paytaxtın Sabunçu, Binəqədi və ətraf qəsəbə, kəndlərində təyinat problemi var. Əksəri kənd təsərrüfatı təyinatlı torpaqlardır. Yəni fərdi yaşayış evlərini tiktinsinin azalması torpaq sahələrinin təyinatı ilə də əlaqəlidir.
Onun sözlərnə görə, tikintinin azalması qiymət artımına da təsir göstərəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.