Son dövrlər 1-ci və sonuncu mərtəbədə yerələşən mənzillərə tələbat artıb.
Xezerxeber.az-ın məlumatına görə, bunu əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.
O bildirib ki, sözügedən mənzillərə tələbin artmasına səbəb paytaxt ərazisində aparılan söküntü işləridir. Eyni zamanda, plana düşən ərazilərdə fərdi yaşayış evləri olanlar daha çox binaların aşağı mərtəbələrinə üstünlük verirlər.
Elnur Fərzəliyev qeyd edib ki, 1-ci və sonuncu mərtəbələrdəki mənzillər orta mərtəbələrə nisbətən 10-20 faiz ucuz təklif edilir. Bu da aşağı büdcəli sakinlər üçün daha əlçatan olur.
Ekspert əlavə edib ki, yuxarı mərtəbələrə üstünlük verənlər daha çox xaricdə yaşayan azərbaycanlılardır. Buna da səbəb onların qismən aşağı büdcə ilə az müddət qala biləcəkləri mənzil ala bilmələridir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.