Xəzər Xəbər

Bu yolun sağ zolağı ilə hərəkət təhlükəlidir, solla getdikdə isə cərimə yazılır VİDEO

Veb TV | 19:34 • 4 Yanvar 2025
Bu yolun sağ zolağı ilə hərəkət təhlükəlidir, solla getdikdə isə cərimə yazılır

Bakı-Qazax yolunun Kürdəmir rayonundan keçən hissəsinin yararsız hala düşməsi nəqliyyat vasitələrinə zərər vurur.

Xezerxeber.az-ın məlumatına görə, yolun sağ zolağı aşınıb və istifadəyə qismən yararlıdır.

Həm yoldan keçən nəqliyyat vasitələri zərər görür, həm də insanların həyatı üçün təhlükə yaranır. Sürücülər sol zolaqla getmək istəyəndə isə cərimə tətbiq edilir.

Bəs bu məsələ necə tənzimlənməlidir? Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyir ki, belə hallarda sürücüyə cərimə yazılmamalıdır.

Hüquqşünas Şamil Paşayev isə deyir ki, bu yolda hərəkət edənlər məcburiyyətdən sol zolağa keçiblər və bu səbəbdən cərimələniblərsə, məhkəməyə müraciət edə bilərlər.

“Yol hərəkəti haqqında” qanunda qeyd olunur ki, yaşayış məntəqəsindən kənarda yolun sağ zolağı boş olduğu halda sol zolaqla hərəkət etmək qadağandır. İnzibati Xətalar Məcəlləsində bu əmələ görə 40 manat cərimə nəzərdə tutulur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti