Afinə nənə kənddən çıxanda həyat yoldaşı dağlarda döyüşlərdə olub. Ermənilər onun evinin çırağını söndürəndə azyaşlı balaları ilə köçkün həyatına başlayıb. Sonradan bir oğlunu da şəhid verib. Uzun illərdən sonra ilk dəfə bu bayram onun yaralarına məlhəm olur.
Anası ilə birgə dogma yurda - Xocalının Ballıca kəndinə ilk gələnlərdən biri də Kənandır. O kənddən çıxanda 11 yaşı olub. İndi isə 43 yaşında övaldları ilə birgə dogma el obasına qayıdıb.
Bayramı dogma yurdlarında qeyd edən Hümbətovlar ailəsi deyir illərdir ki, doğma torpaqlarına dönəcəkləri günü səbirsizlikə gözləyirdilər. 30 ildən ildən çoxdur ki, köckün həyatı yaşayan ailə bir neçə gündür öz dogma el obasına yığışıb.
Qonağı olduğumuz hümbətovlar ailəsi kəndə qayıdan 48 ailədən biridir. Onlar əmindirlər ki, qısaa zamandan sonra bütün həmkəndliləri də gələcək və Ballıca kəndi yenidən çal-çağırlı, səsli küylü bayram günlərini yaşayacaqlar.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.