Prezident İlham Əliyevin rəbərliyi ilə Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaradıb. Bizim Cənubi Qafqazda yaratdığımız yeni reallıqları diplomatik, beynəlxalq və siyasi müstəvidə təsdiqlədik. Bütün dünya yeni reallıqları qəbul edib.
Xezerxeber.az-ın xəbərinə görə, politoloq Məhəmməd Əsədullzadə deyir ki, faktiki olaraq Azərbaycan dövləti milli maraqlara əsaslanan, prinsipial, müstəqil və tam suverenlik prinsipinə əsaslanan siyasət yürüdür.
Politoloq deyir ki, bu gün Azərbaycan bütün ölkələrlə qarşılıqlı səmərəli əməkdaşlığa, etimada əsaslanan siyasət qurur və inkişaf etdirir. heç bir qüvvə, güc mərkəzi Azərbaycan dövlətinin iradəsinə təsir göstərə bilməz. Xüsusilə COP29 ərəfəsində ölkəmizə olunan təyziqlərə toxunan politoloq hesab edir ki, 11 ay davam edən qərəzli yazılar, bəyanatlar müsbət nəticə vermədi və azərbaycanın imicini zədələyə bilmədi.
2024-cü ildə Azərbaycan xalqı bir daha göstərdi ki, xalq prezidentə etima edir və ölkə başçısı da xalqa güvənərək müstəqil siyasət yürüdür. Azərbaycan kimi müstəqil siyasət yürüdən ökələrin rəyi isə sözsüz ki, nəzərə alınmalıdır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.