Tovuzda yanğın hadisəsi baş verib. Rayonun Aşağı Quşçu kəndindəki evin həyətində olan dəmir konstruksiyalı köməkçi tikilidə yanğın qeydə alınıb. Nəticədə oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra ev sahibi Rafiq Hüseynovun qardaşı 71 yaşlı Fazil Hüseynovun yanmış meyiti aşkarlanıb. Cəsədin qalıqları müayinə üçün aidiyyatı üzrə təvhil verilib.
Xezerxeber.az-ın xəbərinə görə, Fazil Hüseynovun yaxınları bildirir ki, o uzun müddətdir ata yurdunda həyətdəki dəmir konstruksiyalı köməkçi tikilidə tək yaşayıb. Alovun onun yaşadığı yerdə yandırdığı sobadan qaynaqlandığı ehtimal edilir.
Hadisə yerinə hüquq mühafizə orqanları baxış keçiriblər və faktla bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb.
Şəmkirdə də yanğın hadisəsi baş verib.Hadisə rayonun Tatarlı kəndində qeydə alınıb. Hadisə yerinə FHN Dövlət Yanğından mühafizə xidmətinin Şəmkir və Tovuz rayon Dövlət Yanğından mühafizə hissəsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı Folklor evi içərisində olan əşyaları ilə birlikdə yanıb.
Folklor evinin qalan hissəsi yanğın söndürənlər tərəfindən mühafizə olunub.Yaxınlığdakı tikililər yanğından mühafizə edilib.Hadisənin baş vermə səbəbləri araşdırılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.