Xəzər Xəbər

Bakıda yerləşən qədim hamam baxımsız vəziyyətdə – Sakinlərdən MÜRACİƏT VİDEO

Veb TV | 22:00 • 2 Yanvar 2025
Bakıda yerləşən qədim hamam baxımsız vəziyyətdə – Sakinlərdən MÜRACİƏT

Bir vaxtlar şəfa ocağı idi indi isə baxımsız qalıb...

Xezerxeber.az xəbər verir ki, söhbət Yasamal rayon Axundov küçəsində  yerləşən  hamamdan gedir.

Buraya Bakının ən məşhur hamamlarından biri olan "Şor hamamı"dır.

Sakinlər deyir ki, sovet dövründə yerli sakinlərinin ehtiyaclarını ödəyən bu hamam, sonralar baxımsızlıq ucbatından fəaliyyətini dayandırıb.

Onların sözlərinə görə, bu hamamın əsas xüsusiyyəti burada müalicəvi xüsusiyyətlərə malik duzlu şor sudan istifadə edilməsidir. Hamam daha çox reumatizm, dəri xəstəlikləri və oynaq problemlərindən əziyyət çəkən insanlar üçün faydalı hesab olunurdu.

Məsələ ilə bağlı Yasamal rayon İcra hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da zənglərimiz cavabsız qaldı.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti