Bəzi qurumlar bayram tətili günlərində gücləndirilmiş iş rejiminə keçib.
Xezerxeber.az xəbər verir ki, şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, təsdiq olunmuş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət olunması ilə bağlı bütün avtovağzal və avtostansiyalara tapşırıqlar verilib
Öz avtomobili ilə yola çıxanlara isə Baş Dövlət Yol Polisi İdarəsi xəbərdarlıq edib. Bildirilib ki, hazırda ölkədə mövsüm üçün xarakterik olan yağışlı, qarlı hava müşahidə olunur. Bu amillər də yol hərəkəti təhlükəsizliyinə təsir göstərir. Buna görə sürücülər ehtiyatlı olmalı, yol hərəkəti qaydalarına əməl etməlidir.
Həmçinin qeyd edilib ki, paytaxtın Sabunçu və Qaradağ rayonlarında yerləşən texniki müayinə mərkəzləri 24 saat fəaliyyət göstərəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.