Yeni il ərəfəsində quş ətinə tələbat artıb.
Xezerxeber.az xəbər verir ki, ötən illə müqayisədə yalnız toyuq ətinin bahalaşdığına diqqət çəkən satıcıların sözlərinə görə, məhsulun bol olmasına baxmayaraq qiymətdə artım müşahidə olunur.
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Mürvət Həsənli "Xəzər Xəbər"ə bildirildi ki, ötən illə müqayisədə qiymətlərdə ciddi artım qeydə alınmayıb.
İqtisadçı Xalid Kərimli deyir ki, son dövrlər qoyun və mal ətinin də bahalaşması quşçuluq məhsullarının qiymətinə təsir edən amillərdəndir.
O da bildirildi ki, yeni illə bağlı qiymət artımı müvəqqəti xarakter daşıyır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.